İdman rəqsləri üzrə Bakı şəhər birinciliyi və çempionatı keçirilib

        Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Respublikası İdman rəqsləri Federasiyasının təşkilatçılığı ilə  Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində idman bal rəqsləri üzrə Bakı birinciliyi və çempionatı təşkil olunub.
​Tədbirin keçirilməsində əsas məqsəd bal rəqsinin təbliği və inkişaf etdirilməsi, uşaqların idmana və incəsənətə qarşı olan marağının artırılması, istedadlı gənclərin aşkar edilməsidir.
        ​Müsabiqə 12 kateqoriyada 3 yaş qrupu (6-10, 11-15, 16-21) və Avropa standart və Latın Amerika proqramı, duet və solo ifaçıları nominasiyaları üzrə keçirilib.
​         Pandemiya qaydalarına uyğun təşkil olunan uşaq, yeniyetmə və gənclər arasında keçirilən çempionatda 75 iştirakçı birincilik  uğrunda mübarizə aparıb.
​        Uşaq, yeniyetmə və gənclər arasında keçirilən idman bal rəqsləri üzrə Bakı birinciliyi və çempionatında 6-10 yaş qrupu üzrə I yerə Mikailov Rüfət, Muradova Ameliya; II yerə Səfərli Kərim, Mineyeva Viktoriya; III yerə Hüseynov Murad, Kazakova Karolina; 11-15 yaş qrupu üzrə I yerə Abbasov Qaflan, Kşnyakina Anastasiya; II yerə Əliyev Raul, Kşnyakina Darya; III yerə Lebedev Vasiliy, Qrızak Selena; 16-21 yaş qrupu, Standart və Latın proqramı nominasiyası üzrə I yerə Ağayev Fərhad, Kovalyova Valeriya; II yerə ŞevçenkoTimur, Yeliseyeva Elza; III yerə Quliyev Riad, Quliyeva Aylin; 16-21 yaş qrupu, solo Standart və Latın proqramı nominasiyası üzrə I yerə Novruzova Nigar, II yerə Əhmədova Ülviyyə, III yerə İsmayılova Aynur layiq görülüblər.
        ​Qeyd edək ki, yarışmaya RUGİM, “Olimp” idman klubu, “Rovesnik” rəqs dərnəyi, “Azəri inciləri”, “1001 gecə”, “Harmony dance”, “İmpuls rəqs”, “Şane rəqs” studiyalarından iştirakçılar qatılıblar.
        ​İdman bal rəqsləri üzrə Bakı birinciliyi və çempionatında baş hakim qismində Azərbaycan Respublikası İdman rəqsləri Federasiyası İctimai Birliyinin Hakimlər Kollegiyasının üzvü Məryəm Quliyeva və baş katib Fərid Mehdiyev iştirak ediblər.
         ​Sonda yarışın qaliblərinə medal və diplom təqdim edilib.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort