İdman və akrobatika gimnastikası, tamblinq üzrə Bakı şəhər birinciliyinə yekun vurulmuşdur.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Gimnastika Federasiyasının birgə təşkilatçılığı ilə Sərhədçi İdman Olimpiya Mərkəzində idman və akrobatika gimnastikası,  tamblinq üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.  Üçlü yarışlarda  Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, Nizami rayon İdman Məktəbi, “Neftçi” İSM, “Təhsil” RİM-i təmsil edən107 gimnast iştirak etmişdir. Yekun nəticələrə görə akrobatika gimnastikası üzrə yarışlarda yeniyetmə kişi cütlüyü üzrə I yerə Cavidan Nəsib, Adil Hacızadə (Neftçi İSM), gənc qadın cütlüyü üzrə Lalə Hüseynova, XoşqədəmQuliyeva (BGM), yeniyetmə qadın cütlüyü üzrə Ruhidil Qurbanlı, Aygün Əhmədova (BGM), böyük kişi cütlüyü üzrə Elçin Əlibəyov, Emin Gülməmmədli (Neftçi İSM), E.Məmmədov, balaca kişi cütlüyü üzrə T. Məmmədov, H. Fərəczadə (Nizami r. İM), balaca qadın qrupu üzrə Quliyeva Anastasiya, Səmra Əsgərzadə,Ceyla Zakiryayeva (Neftçi İSM),  yeniyetmə kişi cütlüyü üzrə Musayev Emin, Sultanlı Canbaxış, İbrahimov Bəxtiyar, İbrahimov Cəlal (Nizami r.İK),  yeniyetmə qarışıq cütlük üzrə Nikita Trerov, Jalə Abbasova (Neftçi İSM), idman gimnastikası yarışlarında III gənc dərəcə üzrə Əlizadə Aydın (BGM), II gənc dərəcə üzrə Rüstəmli İsmayıl (BGM), I gənc dərəcə üzrə Amin Nəsibov (BGM), senyorlar üzrə Şakir Şıxaliyev (ROİL), tamblinq yarışlarında kiçik yaş qrupu üzrə Tofiq Əliyev (BGM), yeniyetmələr üzrə Azad Həsənov (BGM), gənc qızlar üzrə Holli Onslou (BGM), gənc oğlanlar üzrə Abdulla Valid (BGM), böyüklər üzrə Aydın Əliyev (BGM) I yerlərə layiq görülmüşlər.

   I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.