İdmançıarımız Rusiyadan uğurlu nəticə ilə qayıtmışdır

  Rusiya Federasiyasının Yekaterinburq  şəhərində keçirilən yeniyetmələr arasında yunan-roma güləşi üzrə beynəlxalq turnirdə Azərbaycan idmançıları yüksək nəticə əldə etmişlər. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş İbrahim Balayev 38 kq çəki dərəcəsində I yeri,  Cavidan Məmmədli III yeri, 58 kq çəki dərəcəsində Xasay Həsənli I  yeri, 66 kq çəki dərəcəsində Allahverdi Əliyev III yeri, 69 kq çəki dərəcəsində Habil Əhmədov I yeri tutmuşdur.
   Qeyd edək ki, beynəlxalq yarışda Bolqarıstan, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Ukrayna və Rusiyanin regionlarından olan  idmançılar iştirak etmişdir. Komanda hesabında idmançılarımız Rusiya komandasından sonra II yeri tutmuşlar.