İdmançılar DTX-nın “Şöhrət” muzeyini ziyarət edib

      Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə bir qrup tanınmış məşqçi və idmançıların iştirakı ilə Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiya təşkil edilmişdir.

        Əvvəlcə tədbir iştirakçıları  Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edərək, dahi rəhbərin abidəsi önünə gül dəstələri qoyublar. Sonra “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.

         Qeyd edək ki, “Şöhrət” muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir.