İlin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.

 Scan1  Binəqədi rayon Gənclər İdman İdarəsi və Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən “İdman ili” çərçivəsində 26.12.2012-ci il tarixdə “Elite” Ticarət və Əyləncə Mərkəzində Binəqədi rayonunun ilin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov rayon ərazisində “İdman ili” çərçivəsində görülmüş işlərlə bağlı məlumat verdi. Sonra söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısının I müavini Vüsal İsmayılova verildi. Tədbirə dəvət olunan idmançıları və idman mütəxəssislərini salamlayan başçı müavini dövlətimiz tərəfindən idmançılara və idman ictimaiyyətinə göstərilən qayğıdan danışdı. Rayon ərazisində idman sahəsində keçirilən tədbirləri çox yüksək qiymətləndirdi.

     Çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da paytaxtda və respublikamızda idmanın inkişaf etdirilməsi istiqamətində görülən tədbirlərdən söhbət açdı. Qeyd etdi ki, 2015-ci il keçiriləcək Birinci Avropa Oyunlarına Respublikamızın paytaxtı – Bakı şəhərinin ev sahibliyi etməsi idmanın inkişaf etdirilməsi sahəsində aparılan dövlət siyasətinin məntiqi nəticəsidir. Ulu öndər Heydər Əliyevin idman siyasətinin bu gun oz bəhrəsini verməsinin əyani sübutudur.

   Sonra söz Milli Olimpiya Komitəsinin məsul əməkdaşı – “Olimpiya Dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyevə verildi. Komitə əməkdaşı  qəzet tərəfindən Binəqədi rayon Gənclər və İdman İdarəsinin “ilin ən yaxşı Gənclər və İdman İdarəsi” adını alması münasibətilə İdarənin rəisi Qüdsi Bayramovu təbrik etdi və bu uğurların davamlı olmasını arzuladı. Bildirdi ki, 2012-ci il ərzində qezet Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə bir chox silsilə tədbirlər həyata keçirmişdir.

    Çıxışlardan sonra müxtəlif nominasiyalar üzrə ilin idman kompleksləri, idmançıları,  KİV-lər rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları, Rayon İcra Hakimiyyətinin ve Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin xatirə hədiyyələri ilə təltif olundular.

   Daha sonra XXIV Spartakiadanın qalib komandalarının və rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bizim Olimpiya Çempionlarımız” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsi qalibləri mükafatlandırıldılar.

    Rəsmi hisse ve mükafatlandırmadan sonra tədbir bədii hissə ile davam etdi.

 

 


 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort