İlk dəfə səs verəcək tələbələrlə görüş keçirildi

         Prezident Adminstrasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Səbail rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 05 aprel 2018-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.3-cü (Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) maddəsinin icrasına uyğun olaraq “İlk dəfə səs verirəm!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

         Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Kənan Firdovsioğlu, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev, 29 saylı Dairə Seçki Komissiyasının sədri Cahangir Məmmədov və 350 nəfər ilk dəfə səs verəcək tələbələr iştirak etmişlər.

         Tədbirdə cıxışçılar gənclərə seçkilərin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulamış, ilk dəfə səs verəcək gəncləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edərək, gəncləri bu gün həm içtimai –siyasi həyatda, həm sosial şəbəkələrdə, həm də seçki kampaniyasında daha fəal olmağa, ətrafdakıları da bu mühüm prosesə cəlb etməyə səsləyib, seçki günü bütün gəncləri ailəlikcə, dostları və doğmaları ilə seçki məntəqələrinə gələrək, xoşbəxtliyə, firavanlığa, özlərinin parlaq gələcəyinə səs verməyə çağırıb.

        Sonda ilk dəfə səs verəcək gənclərin seçki ilə bağlı maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırıldı.