İlk dəfə səs verəcək gənclər seçki hüququ barədə maarifləndiriliblər

          “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın Tədbirlər Planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədilə 23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verən gənclər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün məqsədyönlü işlər görülür.

              Bu gün Azərbaycan Tibb Universitetində 23 dekabrda ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verən gənclərlə görüş keçirilib.

              Tədbirdə  Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, universitetin professori Qosqar Alıyev, 21 saylı seçki dairəsinin nümayəndəsi Çingiz Dadaşov, 22 saylı  seçki dairəsinin nümayəndəsi  Vaqif Qasimov, 23 saylı seçki dairəsinin nümayəndəsi Ağabala Quliyev çıxış ediblər.

         İştirakçılara seçkilərin nəzəri və praktik aspektləri, dünyada mövcud olan seçki sistemləri, Azərbaycan Respublikasında seçki prosesinin mahiyyəti, seçkilərin təşkili və keçirilməsi qaydaları, vətəndaşların seçki hüquqlarının təminatı, seçki zamanı baş verə biləcək qanun pozuntuları və digər məsələlər barədə ətraflı məlumat verilib.

                Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb. Ümumilikdə tədbirdə 100-ə yaxın gənc iştirak edib.

 

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort