İlk şəhid qanı yerdə qalmadı – İDARƏ RƏİSİ MÖVQE BİLDİRDİ

         “20 Yanvar hadisələrindən 30 ildən çox müddət keçir. Tarixi nöqteyi-nəzərdən zaman bir o qədər böyük deyil, amma görülmüş işlər, 20 Yanvardan sonrakı Azərbaycanımız bugünkü gündə böyük bir yol keçmiş oldu”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov söyləyib.

         Raqif Abbasov qeyd edib ki, 20 Yanvar hadisələri müstəqilliyimizin yenidən əldə olunmasının ilk illərinə təsadüf edirdi: “Bu həm qanlı, eyni zamanda milli oyanış günümüz kimi qeyd olunur. İtkilərimiz, şəhidlərimizin olması ağrılı, acılı idi. Lakin əliyalın tankların qarşısına çıxan o vaxtkı Sovetlər Birliyinin silahlı qoşunlarına qarşı azadlıq mübarizəsinə aparan, haqqını tələb edən Azərbaycan xalqı öz dəyanətini, rəşadətini, mətinliyini göstərmiş oldu. Eyni zamanda bilirsiniz ki, 20 Yanvar faciəsi o vaxtlar Ermənistanın Azərbaycana torpaq iddiası və Qarabağ hadisələrinin də Sovetlər Birliyində Azərbaycana qarşı ədalətsiz mövqeyinin cəmi nəticəsində böyük bir faciəyə gətirib çıxardı. Lakin buna baxmayaraq milli azadlıq hərəkatımız, müstəqilliyimizin qorunması, məhz 20 Yanvar hadisələrindən sonra biraz da gücləndi. Baxmayaraq ki, 20 Yanvar faciəsindən sonra onu törədən şəxslər cəzasız qaldılar və ondan sonra Xocalı faciəsi, daha sonra Qarabağ torpaqlarımız işğal altına düşmüş oldu. Azərbaycan xalqı yenə də öz sözünü dedi və bu günlərdə biz 44 günlük Vətən müharibəsindən sonra haqqın bərqərar olunmasına, yurdumuza qayıtmağımıza nail olduq. Bu da o deməkdir ki, ilk şəhid qanı yerdə qalmadı.

         Raqif Abbasov həmçinin vurğulayıb ki, xüsusi olaraq 20 Yanvar faciəsi haqqında danışanda Ümummilli Lider Heydər Əliyevin o vaxtlarda Azərbaycana qarşı informasiya blokadasının tək başına olaraq Moskvada, Azərbaycan nümayəndəliyində ilk dünyaya çatdıran şəxs oldu: “Heydər Əliyevin qətiyyəti və onun Azərbaycana qarşı törədilmiş faciəyə siyasi qiymətin verilməsini tələb etməsi Azərbaycan xalqının səsini dünyaya daha da yüksəkdən çatdırılmasına əsas vermiş oldu. Hər bir azərbaycanlı öz vətəndaşlıq borcunu yerinə yetirərək 20 Yanvar faciəsinin şəhidlərini ziyarət etməlidir. Bu bizim tariximizdir, qan yaddaşımızdır və bizdən sonra gələn nəsillər də Azərbaycanda törədilmiş Qanlı Yanvar tarixi haqqında bilikli olmalıdır, unutmamalıdır ki, belə faciələr təkrarlanmasın. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Azərbaycanımız var olsun”.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort