İnşa yazı və rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Abşeron Rəsm Qalereyasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında inşa yazı və rəsm müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Abşeron Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov,  rayon idarələrinin əməkdaşları, şagird və valideynlər iştirak etmişlər.
Mükafatlandırma mərasimində inşa yazı müsabiqəsində I yerə Qaradağ rayonu Ləman Abdullayeva 139 saylı orta məktəb, II yerə Binəqədi rayonu Cəbrayıl Cəbrayılzadə 244 saylı orta məktəb, III yerə Nizami rayonu Məhruba Abdullayeva 10 saylı orta məktəb, rəsm müsabiqəsində isə I yerə Nizami rayonu Nərmin Nadirova 201 saylı orta məktəb, II yerə Binəqədi rayonu Zeynəb Qafarova 297 saylı orta məktəb, III yerə Səbail rayonu Aysu Quliyeva 6 saylı orta məktəb layiq görülmüşlər.

     İnşa yazı və rəsm müsabiqələrində fərqlənmiş şagirdlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort