İran nümayəndələri İcra Hakimiyyətində

     Nərimanov Rayon İcra Hakimiyyətində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin qonağı olan İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin nüməyəndə heyəti ilə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, dünya çempionu Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yursifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, İran İslam Respublikası Qərbi Azərbaycan Əyaləti Bədən Tərbiyəsi İdarəsinin nümayəndə heyəti Ali Abdullah, Latifiha Heşmatullah, Qyomars Jamal, Afşin Asghar və İsa Zeynal Nəsrulla iştirak ediblər.

      Çıxış edənlər ölkəmizdə həyata keçirilən uğurlu siyasət və onun nəticələri barədə, ölkədə  kütləvi  idmanın geniş vüsət almasından məlumat verərək Azərbaycanda yürüdülən uğurlu daxili və xarici siyasətdən danışmışlar.

    İran nümayəndələri isə bildiriblər ki, Azərbaycan və İran İslam Respublikaları arasında gənclər və idman sahələrində əməkdaşlıq etmək, yerli Gənclər və İdman İdarələri ilə dostluq münasibətləri qurmaq, iki ölkə arasında dostluq əlaqələrinin gücləndirilməsi və genişləndirilməsinə töhfə vermək, gənclər mübadiləsi sahəsində əməkdaşlığı və qarşılıqlı maraqları inkişaf etdirmək və təşviq etmək, idman növləri üzrə iki ölkə arasında yarışların təşkili üçün müzakirələr aparmaq niyyətindədirlər.

Daha sonra görüş iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.