İranda boks üzrə beynəlxalq turnir keçirilmişdir.

İran İslam respublikasının Miyandoab şəhərində boks üzrə beynəlxalq turnir keçirilmişdir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunmuş 7 idmançımız 6 komanda arasında yüksək nəticələr göstərmişlər. Azərbaycanı təmsil edən idmançılarımız arasında ən yüksək nəticəni 64 kq çəki dərəcəsində Qasımov Ruslan tutaraq qızıl medala, 52 kq çəki dərəcəsində Əliyev Murad, 56 kq çəki dərəcəsində Məmmədov Ramiz, 69 kq çəki dərəcəsində Əliyev Coşqun, +91 kq çəki dərəcəsində İsayev Toğrul gümüş medala, 81 kq çəki dərəcəsində Vəliyev Qorxmaz, 91 kq çəki dərəcəsində Hüseynli Vətən bürünc medala layiq görülmüşlər. Komanda hesabında isə komandamız III yerə çıxmışdır.