İşğaldan azad edilən Ağdamda ilk idman yarışı keçirilib

       1 noyabr 2021-ci il tarixində Ağdam rayonunun işğaldan azad olunan hissəsində, Azərbaycan Prezidentinin xüsusi nümayəndiliyinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə Vətən müharibəsi qaziləri arasında əlil arabasında qılıncoynatma idman növü üzrə “I Zəfər Kuboku” yarışı keçirilib.
       Yarışın keçirilməsində əsas məqsəd Vətən müharibəsi qazilərinin idmana, paralimpiya hərəkatına dəvət edilməsidir.
      Bu günki yarışa dövlət himninin səslənməsi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda 1-ci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsində şəhid olmuş vətəndaşlarımızın xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə start verilib.
     Final görüşlərindən sonra qaliblər işğaldan azad olunan Ağdam rayonu üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Nübar Məlikova, federasiyanın vitse-prezidenti Asəf Məlikov və digər rəsmi qonaqlar tərəfindən diplom, kubok, qiymətli hədiyyələrlə təltif ediliblər.
      Həmçinin yarışda iştirak etməyən digər qazilərimizə də həvəsləndirici mükafatlar təqdim olunub.
      Yarışın bədii hissəsində isə hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort