İslah olunan uşaqlarla idmançıların görüşü təşkil olunub

   Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin dəstəyi ilə 2 Fevral – Gənclər günü ilə əlaqədar olaraq Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində islah olunan uşaqlarla yeniyetmələr arasında Olimpiya və dünya çempionlarının görüşü təşkil olunub. SİA-nın məlumatına görə, görüşdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, AGF-nin baş katibi Əjdər Cəfərov, Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsinin rəisi polkovnik-leytenant Araz Rzayev, güləş üzrə yeniyetmələr arasında Olimpiya, dünya və Avropa çempionları və müəsisədə islah olan uşaqlar iştirak ediblər.

  Öncə qonaqlar müəssisənin şəraiti ilə tanış olublar.

İlk olaraq çıxış edən müəssisəsin rəisi, polkovnik-leytenant Araz Rzayev qonaqları salamlayaraq, tədbirin əhəmiyyətindən danışıb. O, görüşün önəmliliyini vurğulayaraq, bu tədbirin müəssisədə islah olanun uşaqların cəmiyyətə qazanılmasında rol oynayacağını bildirib.

BŞGİBİ-nin rəisi Raqif Abbasov Gənclər və İdman Nazirliyinin federasiyalarla birlikdə mütəmadi olaraq belə tədbirlər təşkil etdiyini deyib. O, fevralın 2-də qeyd olunacaq Gənclər günü ilə əlaqədar olaraq hazırlanan tədbirlər planının ilk olaraq Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsindən başlanmasının təsadüfü olmadığını bildirib: “Gənclər günü ilə bağlı Respublikamızın müxtəlif yerlərində tədbirlər keçiriləcək. İlk tədbirimizin buradan başlaması heç də tədsadüfü deyil. Biz sizin idmançılarımızla görüşüb, ünsiyyətdə olmanızı, onların uğurları barədə informasiya almanızı və bu gənclərimizi örnək götürərək gələcəkdəki fəaliyyətinizdə daha da diqqətli olmanızı istəyirik. Heç kim səhvlərdən sığortalanmayıb. Bu müəssisədə müəyyən zaman keçirəndən sonra yenidən azadlıqda olacaqsınız. Səhvlərdən nəticə çıxararaq qanunlara daha yaxın olun. Siz də bir çox sahələrdə uğurlar qazana bilərsiniz”.

AGF-nin baş katibi Əjdər Cəfərov müəssisədə islah olunan uşaqlar üçün yaxşı şərait yaradıldığının, rəhbərliyin uşaqlara xüsusi diqqət və qayğı göstərdiyinin şahidi olduqlarını bildirib. O, islah olunan uşaqların azadlığa qovuşduqdan sonra bir daha səhvlərə yol verməmələri üçün bu görüşün əhəmiyyətli olacağını deyib: “Həyatda hər kəs səhv edə bilər. Ancaq bu səhvlərdən dərs çıxarmaq lazımdır. Azadlığa qovuşandan sonra ölkəmiz üçün layiqli vətəndaş olmağa çalışın. İdmançılarla ünsiyyət qurun. Onların qazandıqları uğurlar barədə soruşun. Həyat hələ uzun bir şəkildə davam edəcək. Buradan azadlığa çıxanda bir daha səhvlərə yol verməyin. Bəzilərinizin idmana da həvəsi ola bilər. Siz istədiyiniz sahədə uğur qazana bilərsiniz”.

Daha sonra tədbir müğənnilərin iştirakı ilə davam edib və müəssisədə islah olunan uşaqlara AGF-nin hədiyyələri təqdim olunub.

Elgün Vidadioğlu

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort