“İstedadlar sorağı” devizi altında müsabiqə keçirilmişdir

                       Bilgəh qəsəbədində yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsi ilə birlikdə “İstedadlar sorağı” devizi altında müsabiqə keçirilmişdir. Müsabiqə müxtəlif nominasiyalar üzrə (rəsm , rəqs, əl işləri, mahnı, bədii qiraət) keçirilmişdir. 

                 İlk  olaraq  Bakı şəhər Gənclər və İdman Baş idarəsinin Gənlərlə iş üzrə sektor müdiri Zamin Əhmədov müsabiqə  iştirkaçılarını  salamlayaraq   bildirdi  ki,  bu  gün  dövlət  tərəfindən  gənc  istedadların  üzə  çıxarılması  və  onların  öz  potensiallarının  inkişaf  etdirməsi  üçün  xüsusi  diqqət və  qayğı  göstərilir.  Yeniyetmə  və  gənclər  arasında  daha  potensiallı  və  istedadlıların  aşkara  çıxarılması,  onlar arasında  yaradıcılıq axtarışlarının stimullaşdırılmasında  məhz müxtəlif yaradıcılıq  müsabiqələrinin  keçirilməsi  böyük  əhəmiyyətə  malikdir.

                            Sonda hər bir nominasiyada qalib gələn və fərqlənmiş iştirakçılara diplom  təqdim olunmuşdur.