Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Lokomotiv İC-də kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda 39 nəfər idmançı mübarizə aparmışdır. Nəticələrə görə oğlanlar arasında I yerə Qəhrəmanov Zaur, II yerə Venqerov Roman, III yerə Abbasov İlqar, qızlar arasında isə I yerə Fazilova Leyla, II yerə Ramazanova Yaylagül, III yerə Simonova Svetlana layiq görülmüşlər.

   Qalib idmançılar Baş İdarə tərəfindən üvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.