Kamandan oxatma üzrə Bakı şəhər birinciliyi keçirilmişdir.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Lokomotiv İC-də 1996-1998, 1999-2001,2000-ci il təvəllüdlü oğlanlar və qızlar arasında örtülü salonda kamandan oxatma üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Birincilikdə Məhsul, Spartak və Lokomotiv idman cəmiyyətlərini təmsil edən  40 nəfər idmançı mübarizə aparmışdır.

     Nəticələrə görə 1996-98-ci il təvəllüdlülər arasında I yerə Ramil Məmmədov, II yerə İsgəndər Məmmədov, III yerə Elçin Zahidov,  1999-2001-ci il təvəllüdlülər arasında I yerə Teymur Babayev, II yerə Əhməd Hüseynov, III yerə Faiq Əliyev, 2000-ci il və ondan kiçik təvəllüdlülər arasında I yerə Seymur Safronov, II yerə Murad Qadaşov, III yerə Emil Kərimov,  1996-98-ci il təvəllüdlü qızlar arasında isə I yerə Xalidə Məmmədova, II yerə Sofiya Kose, III yerə Lalə Nağıyeva, 1999-2001-ci il təvəllüdlülər arasında I yerə Ozay Qasımova, II yerə Gülsənəm Süleymanova, III yerə Leyla Seyidova, 2000-ci il və ondan kiçik təvəllüdlülər arasında I yerə Xalidə Vəlizadə, II yerə Eter Hüseynova, III yerə Hökümə Əhmədova  layiq görülmüşlər.

     Qalib idmançılar Baş İdarə tərəfindən üvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.