Kapoeyra üzrə açıq Bakı kuboku yarışının qalibləri müəyyənləşib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Kapoeyra Federasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetin idman sarayında kapoeyra üzrə açıq Bakı kuboku yarışı keçirilib.

Yarışda 100-dən çox idmançı birincilik uğrunda mübarizə aparıb.

Yekun nəticələrə görə, oğlanlar arasında Əbəlfəz Eybala (4-6 yaş), Eldar Seyidli, Deniz Emir Muhammed, Fikrət Dadaşov (7-9 yaş), Səid Şahyarov, Nihad Baxışlı (10-12 yaş), Əli Tağızadə (13-15 yaş), Ayxan Hacıyev (+16yaş) qızıl medal qazanıblar.

Qızların mübarizəsində isə Dəniz Osmanlı (7-9 yaş), Mehriban Hacıbabayeva (10-12 yaş), Leyla Rəhimli (+16yaş) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutmuş idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim edilib.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort