Karate (kata) üzrə onlayn idman yarışının qalibləri mükafatlandırılıb

      Gənclərin fiziki inkişaf səviyyəsinin yüksəldilməsi, onların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, inkişaf etdirilməsi və pandemiya dövründə ev şəraitində müntəzəm idman məşğələlərinə cəlb olunması məqsədilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Karate-do Akademiyasının birgə təşkilatçılığı ilə ilk dəfə olaraq onlayn keçirilən karate (kata) üzrə Bakı Şəhər Kubok yarışının  qalibləri mükafatlandırılıb.

     Onlayn yarışda respublika üzrə 145 nəfər idmançı iştirak edib. Onlar kata üzrə öz bilik və bacarıqlarını nümayiş etdirib. Pandemiya dövründə evdə qalıb, məşqdən qalmayan uğurlu idmançılarımız bu yarışda da yüksək nəticələr qazanıb.

       Qeyd edək ki, qaliblər fərqli saatlarda Baş İdarəyə gələrək rəis müavini, idman sektorunun müdiri Rəşad Əliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin kadrlar sektorunun müdiri  Gündüz Vəliyev, Bakı Karate-Do Akademiyasının prezidenti Vüsal Abdullazadə tərəfindən mükafatlandırılmışlar.

         Sonda Vüsal Abdullazadə  pandemiya dövründə müxtəlif layihələrlə məşqçi və  idmançıları daim diqqətdə saxlayan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova və digər əməkdaşlara  təşəkkür edib.

           Qalib İdmançılara Baş İdarənin müvafiq dərəcəli diplom, medal və kubokları təqdim edilib.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort