Kata üzrə Bakı Kuboku uğrunda onlayn yarış keçirildi

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Karate-do Akademiyasının birgə təşkilatçılığı ilə “26 iyul – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranma günü”nə həsr olunmuş Bakı Kuboku uğrunda onlayn yarış keçirildi.

        Onlayn yarışda respublika üzrə 145 nəfər idmançı iştirak edib. Onlar kata üzrə öz bilik və bacarıqlarını nümayiş etdirib. Pandemiya dövründə evdə qalıb, məşqdən qalmayan uğurlu idmançılarımız bu yarışda da yüksək nəticələr qazanıb.

        BKA -nın prezidenti Vüsal Abdullazadə, vitse – prezidenti Elçin Məmməldi və baş hakim Bəşir Mahmudov, həmçinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Gündüz Vəliyev çıxış edərək Azərbaycan Respublikasında idman və gənclər siyasətindən, habelə idmana göstərilən diqqət və qayğıdan söz açdılar. Bildirdilər ki, pandemiya dövrünü nəzərə alaraq yarış onlayn keçirilsədə, yaxın zamanlar da şübhəsiz ki, böyük yarışlara imza atacağıq. Pandemiyanın sınağından çıxmağımıza çox az zaman qalıb. Həmçinin biz inanırıq ki, növbəti yarışımız Qarabağda keçiriləcək.

       Sonda Vüsal Abdullazadə  pandemiya dövründə müxtəlif layihələrlə məşqçi və  idmançıları daim diqqətdə saxlayan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova və digər əməkdaşlara  təşəkkür edib.

        Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin xüsusi diplom, medal və kubokları iıə təltif ediləcək.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort