Kempo Full üzrə Bakı şəhər açıq turniri keçirilib.

       Hövsan Olimpiya İdman Komleksində Bakı şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyi və Silahlı Qüvvələr gününə həsr olunmuş Kempo Full üzrə Bakı şəhər açıq turniri keçirilib.

        Turnirdə respublikanın bir neçə rayonları daxil olmaqla 14 idman klubundan (Toğrul İK, AZKKDİK, Şuşa KN,, Lökbatan KN, Qlori İK, Saray KN, Mübariz İK, Pirallahı KN, Naxçıvan KN, Zakatala KN, Ruslan DK, Gəncə KN , TT DK, Sərhədçi OİK) 2oo -ə yaxın idmançı qələbə uğrunda mübarizə aparıblar. Turnirdə qalib gələn idmançılar Bakı şəhər Gənclər və İdman baş idarəsinin diplom və medalları ilə təltif olunublar. Yarışın nəticələrinə görə “Toğrul İK”, komanda hesabında 1- ci yer, Şuşa KN  2- ci yer,  Lökbatan KN  3- cü yerin sahibi olublar.