Kempo üzrə Bakı şəhər açıq turniri keçirilmişdir.

     Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən  Şüa İdman Kompleksində kempo üzrə Bakı şəhər açıq turnirinə  yekun vurulmuşdur. Turnirdə Naxçıvan, Sumqayıt şəhərlərinin idmançıları ilə yanaşı   Bakı şəhərinin Toğrul İK, Bakı Peşəkar Karate Məktəbi, Şuşa İK, Uğur İK, Bakı İK, Ruslan İK və bir çox klubları təmsil edən 200-dən çox idmançı mübarizə aparmışdır. Yarışlar gərgin və maraqlı mübarizə şəraitində keçmişdir.

       Qaliblər Baş İdarə tərəfindən kubok, medal və hədiyyələrlə təltif olunmuşlar.