Kempo üzrə beynəlxalq Avrasiya turniri keçirilib

    Hövsan Olimpia idman Kompleksində keçirilən  kempo üzrə beynəlxalq Avrasiya turnirində müxtəlif ölkələrdən olan idmançılar öz məharətlərini göstəriblər. Turnir  Bakı şəhər Gənclər və İdman baş idarəsinin və Azərbaycan Kempo Federasiyasının təşkilatçılığı ilə keçirilib. Kempo üzrə Avrasiya turniri 3-cü dəfə Azərbaycanda baş tutub. Beynəlxalq yarışda 41 klubdan 600-ə yaxın idmançı öz güclərini sınayıb. Yarışda Türkiyə, Gürcüstan, Rusiya, İran və Pakistan idmançıları  iştirak edib.
   Qeyd edək ki, çempionat Kempo PRO, Kempo Full və Kempo Submission (Gi-NoGi) versiyaları üzrə keçirilib.