Kişi idman gimnastikası üzrə Bakı şəhər birinciliyi

   Bakı şəhər Gənclər və İdman Baş İdsarəsi tərəfindən Milli Gimnastika Arenasında  idman gimnastikası üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Nəticələrə görə kiçiklər arasında (2006-2008-ci il təvəllüdlü ) I yerə Xəlilov Əli (BGM), II yerə Əsgərov Kamal (BGM), III yerə Rəhimli Məhəmməd (BGM),  balacalar arasında (2002-2004-cü il təvəllüdlü) I yerə Orucov Rafiq (BGM), II yerə Rüstəmov Elmir (BGM), Dəmirov Emin (BGM), uşaqlar arasında (2004-2005-ci il təvəllüdlü) I yerə Əhmədzadə Rəsul (BGM), II yerə Həsənov Anar (BGM), III yerə Əliyev Mirhəsən (BGM), yeniyetmələr arasında (2000-2002-ci il təvəllüdlü) I yerə Əliyev Sərvər (ROİL), II yerə Məmmədli Səməd (BGM), III yerə Qəhrəmanov Ağamurad (BGM) layiq görülmüşdür.

      I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.