Kişi və qadın idman gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyi başa çatmışdır.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Gimnastika Federasiyası tərəfindən Milli Gimnastika Arenasında  kişi və qadın idman gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyi  keçirilmişdir.

Kişi idman gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq” İdman Klubu, Respublika Olimpiya İdman Liseyinin gimnastları, həmçinin Sumqayıt və Balakən təmsilçiləri iştirak etmişlər. Balacalar, uşaqlar və kiçiklər arasında çoxnövçülük üzrə qaliblər müəyyən olunmuşdur. Çoxnövçülük üzrə final mərhələsi isə böyüklər, gənclər və yeniyetmələr arasında keçirilmişdir.

Qadın idman gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq” İdman Klubu və “Neftçı” təmsil olunmuşdur. Yarışların reqlamentinə əsasən böyüklər, balacalar, uşaqlar və kiçiklər arasında medallar uğrunda mübarizə aparmışdır. Nəticələrə görə:

Qadin Boyukler Cəmiyyət
1  Marina Nekrasova Ocaq 54,7 1
2  Yuliya İnşina Ocaq 54,3 2
3  Mariya Smirnova Ocaq 50,5 3
Qadin Balacalar Cəmiyyət Cəmi  Yer
1  Ayşən Salamova Neftçi 36,55 1
2  Samirə Qəhrəmanova BGM 36 2
3  Valeriya Şulyayeva BGM 35,75 3
Qadin Usaqlar Cəmiyyət Cəmi  Yer
1  Nazənin Teymurova Ocaq 39,1 1
2  Xanım Məmmədzadə BGM 37,75 2
3  Alina Cəfərova BGM 37,55 3
Qadin kicikler Cəmiyyət Cəmi  Yer
1  Aliyə Rüstəmova Ocaq 37,4 1
2  Milana Əliyeva Ocaq 37,2 2
3  Kristina Osekina BGM 36,5 3

 

 

Kişilər kiçiklər Cəmiyyət Yer
1  Əli Xəlilov BGM 57,2 1
2  Fərhad Şepelev BGM 55,8 2
3  Çingiz Vəliyev BGM 55,6 3

 

 

Kişilər Yeniyetmələr Cəmiyyət Yer
1 Ağamurad Qəhrəmanov BGM 143,55 1
2 Səməd Məmmədli BGM 141,2 2
3 Maksim Lisaqor ROİL 113,5 3
Kişilər Gənclər Cəmiyyət Yer
1 Murad Ağarzayev ROİL 154,85 1
2 Sərvər Əliyev ROİL 148,5 2
3 Cavidan Babayev ROİL 148,25 3
Kişilər Boyüklər Cəmiyyət Yer
1 Oleq Stepko Ocaq 180,1 1
2 Petro Paxnyuk Ocaq 176,6 2

 

  Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təqdim olunmuşdur.

   Onu da qeyd edək ki, sözügedən turnir böyük gimnastlar üçün 23 oktyabr – 1 noyabr tarixlərində Qlazqoda (Böyük Britaniya) keçiriləcək Dünya Çempionatı öncəsi sonuncu yarışdır.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort