KIŞILƏR VƏ QADINLAR ARASINDA ŞAHMAT ÜZRƏ BAKI ŞƏHƏR ÇEMPIONATI BAŞA ÇATDI

Respublika Şahmat Mərkəzində kişilər və qadınlar arasında şahmat üzrə Bakı şəhər çempionatı sona çatmışdır. Yarışda 57 nəfər idmançı (onlardan 13 nəfəri qadınlardır) iştirak etmişdir. Kişilər arasında yarışlar İsveçrə sistemi üzrə  9 turdan, qadınlar arasında yarışlar İsveçrə sistemi üzrə  7  turdan ibarət olmuşdur. Yekun nəticələrə əsasən kişilər arasında I yeri 7,5 xalla Bəşirli Nail, II yeri 7 xalla Bünyatov Rüstəm və III yeri 7 xalla Abbasov Mehman, qadınlar arasında isə I yeri 5,5 xalla Xələfova Nərmin, II yeri 5 xalla Əmrayeva Aytən və III yeri 5 xalla Balacayeva Xanım tutmuşlar. Kişilər arasında yarışda ilk beş yeri tutmuş idmançı (IV yer – Mustafin Andrey, V yer – Abdullayev Elşad) bu ilin noyabr ayinda keçiriləcək birinci dəstəyə,  qadınlar arasında yarışda ilk iki yeri tutmuş idmançı gələn ilin yanvar ayinda keçiriləcək respublika çempionatına vəsiqə qazanmışlar. Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.