Kişilər və qadınlar arasında şahmat üzrə Bakı şəhər çempionatına start verilmişdir.

21 oktyabr 2013-cü il tarixdə Respublika Şahmat Mərkəzində kişilər və qadınlar arasında şahmat üzrə Bakı şəhər çempionatına start verilmişdir. Yarışda 56 nəfər idmançı (onlardan 13 nəfəri qadınlardır) iştirak edir. Turnirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat növü üzrə kuratoru Salman Əbdülov və yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə iştirakçıları salamlamış, yarış haqqında məlumat vermiş, onlara uğurlar arzulamışlar. Kişilər arasında yarışda ilk beş yeri tutmuş idmançı noyabr ayında keçiriləcək birinci dəstəyə, qadınlar arasında yarışda ilk iki yeri tutmuş idmançı gələn ilin yanvar ayinda keçiriləcək respublika çempionatına vəsiqə qazanacaqlar. Yarışlara 29 oktyabr tarixində yekun vurulacaq.