Şahmat üzrə Bakı şəhər çempionatı başa çatdı

        Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Ağ Top şahmat klubunun Həzi Aslanov filialında şahmat üzrə  Bakı şəhər çempionatına yekun vurulmuşdur.  Yarışda 40 nəfər idmançı iştirak etmişdir. Beynəlxalq dərəcəli hakim Elşad Abdullayevin  rəhbərliyi ilə yarışlar  İsveçrə sistemi üzrə keçirilmişdir. Yarışın yekun nəticələrinə əsasən I yeri 8 xalla  Nərmin Abdinova , II yeri 7,5 xalla  Aysel Cəfərova , III yeri 6 xalla  Lalə Hüseynova,  I yeri 6,5 xalla İsmayıl Qurbanov , II yeri 6,5 xalla Əhməd Xaqan, III yeri  6 xalla  Paşam Əlizadə tutmuşlar.

        Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin kadrlar sektorunun müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev çıxış edərək çempionatda qalib olan şahmatçıları Azərbaycan çempionatinin birinci dəstəsinə vəsiqə qazanmalari münasibəti ilə  təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır.

          Yarışda I, II və III yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplomlar və medallarla təltif olunmuşlar.