Kross qaçışı üzrə Azərbaycan çempionatı keşirilmişdir.

    Xaçmaz rayonunun Nabran qəsəbəsində kross qaçışı üzrə Azərbaycan çempionatı keşirilmişdir. Çempionatda Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Qusar, Balakən, Astara və Səmti Müəyyənetmə Federasiyasının (SMF) komandalarını təmsil edən 100-ə qədər idmançı iştirak etmişdir. Nəticələrə görə kişilər və oğlanlar arasında 10 km məafədə Zanin Pirverdiyev (Gəncə), 6 km məsafədə Əmrah Nağıyev (Naxçıvan), 3 km məsafədə İlham Abışov (Bakı), 2 km məsafədəVahid Kərimov (Gəncə), qadınlar və qızlar arasında 6 km məsafədə Aynur Əsgərova (Bakı), 4 km məsafədə Aynur Əsədzadə (Sumqayıt), 2 km məsafədə Natavan Etibarova (Bakı), 1 km məsafədə Günel Manafova (Bakı)  I yerə, komanda hesabında isə I yerə Bakı şəhəri, II yerə Gəncə şəhəri, III yerə isə Sumqayıt şəhəri layiq görülmüşlər.