Kross qaçışı üzrə Azərbaycan çempionatı keşirilmişdir.

  Xaçmaz rayonunun Nabran qəsəbəsində atletika idman növünün kross qaçışı üzrə Azərbaycan çempionatı keşirilmişdir. Çempionatda Bakı, Xaçmaz, Lənkəran, Sumqayıt, Qusar, Astara, Balakən və Gədəbəy komandalarını təmsil edən 100-dək idmançı, o çümlədən veteran idmançılar iştirak etmişlər. Nəticələrə görə kişilər və oğlanlar arasında 10 km məafədə Mehtiyev Asəf (Bakı), 6 km məsafədə Aranoviç Andrey (Bakı), 3 km məsafədə Qənizadə Niyaməddin (Astara), 2 km məsafədə Rzayev Nail (Bakı), qadınlar və qızlar arasında 6 km məsafədə Məmmədova Şəfa (Bakı), 4 km məsafədə Fərzullayeva Aygün (Lənkəran), 2 km məsafədə Əmiraslanova Özləm (Bakı), 1 km məsafədə Hacıyeva Aidə (Bakı)  I yerə, komanda hesabında isə  Bakı komandası I yerə, Sumqayıt komandası II yerə, Qusar komandası isə III yerə layiq görülmüşlər.