Kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

      Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda 1№-li İOEUGİM, 5№-li İOEUGİM, RBTİM, Neftçi İKİB, RSMF, Ümid İK-nın idmançıalrı mübarizə aparmışdir. Nəticələrə görə qızlar arasında I yerə 1 km məsafədə Sona Abbaslı (RBTİM), 2 km məsafədə I yerə Brilyant Bayramova (Məhsul İC), 4 km məsafədə I yerə  Natavan Etibarova (Təhsil RİM), 6 km məsafədə I yerə Anna Yusupova (RBTİM), kişilər arasında 2 km məsafədə I yerə Süleyman Məmmədli (5№-li İOEUGİM), 3 km məsafədə I yerə Nadir Əliyev (5№-li İOEUGİM), 6 km məsafədə I yerə İlham Abışov (5№-li İOEUGİM), 10 km məsafədə I yerə Elman Abışov (Təhsil RİM), komanda hesabında isə I yerə 134 xalla 5№-li İOEUGİM  layıq görülmüşlər.

      I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.