Kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

          Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda 1№-li İOEUGİM, 5№-li İOEUGİM, RBTİM, SMİF, Sərhədçi İOM, Məhsul İC, RBTİM, Rekord İK-nın idmançıalrı mübarizə aparmışdir. Nəticələrə görə qadınlar arasında I yerə 1 km məsafədə Samirə Cəbrayılzadə (Təhsil RİM-5), 2 km məsafədə I yerə Günel Manafova (Təhsil RİM-1), 4 km məsafədə I yerə  Natavan Etibarova (Təhsil RİM-1), 6 km məsafədə I yerə Anna Yusupova (Sərhədçi İOM), kişilər arasında 2 km məsafədə I yerə Mahmud Mehdiyev (Məhsul İC), 3 km məsafədə I yerə Nadir Əliyev (5№-li İOEUGİM), 6 km məsafədə I yerə Eldar Qəzənfərov (Təhsil RİM-1), 10 km məsafədə I yerə Elman Abışov (Təhsil RİM-1), komanda hesabında isə  Təhsil RİM-1  I yerə layıq görülmüşlər.

           I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.