Kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda 101 idmançı (onlardan 39 nəfəri qadındlr)  BTİ-nin 5№li İOEUGAM, Təhsil RİM, MƏHSUL İC, Neftçi İK, SMF və Qaçış Sevərlər Klubunu təmsil edən 101 idmançı (onlardan 39 nəfəri qadındlr) mübarizə aparmışdir. Nəticələrə görə qadınlar arasında I yerə 6 km məsafədə Məmmədova Şəfa (Neftçi İK), 4 km məsafədə I yerə Zəhrəddinova Yana (Məhsul İC), 2 km məsafədə I yerə Vəliyeva Günel (BTİ), 1 km məsafədə I yerə Hacıyeva Aidə (Məhsul İC), kişilər arasında 10 km məsafədə I yerə Sadıqlı Tural, 6 km məsafədə I yerə Aranoviç Andrey (Məhsul İC), 3 km məsafədə I yerə Əliyev İnsafəli (Təhsil RİM), 2 km məsafədə I yerə Rzayev Nail (Neftçi İK) layıq görülmüşlər.

   I, II və III yeri tutmuç idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.