Kross qaçışı üzrə Azərbaycan çempionatı keşirilmişdir.

         Qusar rayonunda  kross qaçışı üzrə Azərbaycan çempionatı keşirilmişdir. Çempionatda Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xızı,  Qusar, Astara, Ağstafa və Səmti Müəyyənetmə Federasiyasının (SMF) komandalarını təmsil edən 100-ə qədər idmançı iştirak etmişdir. Nəticələrə görə kişilər və oğlanlar arasında 10 km məafədə Elman Abışov (Bakı), 6 km məsafədə Əmrah Nağıyev (Naxçıvan), 3 km məsafədə Vahid Kərimov (Gəncə), 2 km məsafədəNahid İsrafilov (Qusar), qadınlar və qızlar arasında 6 km məsafədə Anna Yusupova (Bakı), 4 km məsafədə Aynur Əsədzadə (Sumqayıt), 2 km məsafədə Bibixanım Qəmbərova (Bakı), 1 km məsafədə Günel Manafova (Bakı)  I yerə, komanda hesabında isə I yerə Bakı şəhəri, II yerə Qusar rayonu, III yerə isə Sumqayıt şəhəri layiq görülmüşlər.