Kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

   Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Çempionatda “Məhsul”İC, “Təhsil”RİM, BTİ, “Ümid”İK və “Neftçi”İSM kimi 5 komandanı təmsil edən 103 idmançı (38 qadın) iştirak etmişdir. Kişilər arasında I yerə 2 km məsafədə Rzayev Nail (Neftçi İSM),  3 km məsafədə Aranoviç Andrey (Məhsul İC), 8 km məsafədə Əliyev İnsafəli (Təhsil RİM), 12 km məsafədə Sadıqlı Tural (Neftçi İSM), qadınlar arasında I yerə 1 km məsafədə Hacıyeva Aida (Məhsul İC),  2 km məsafədə Vəliyeva Günel (BTİ), 6 km məsafədə Zəhrətdinova Yana (Məhsul İC),  komanda hesabında isə Təhsil RİM I yerə, II yerə BTİ, III yerə Neftçi İSM çıxmışlar. I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.