Kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir

      Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda 1№-li RİOEUGİM, 5№-li İOEUGİM, RBTİM, SMİF, Bakı Marafon Klub, Sərhədçi İOM, Məhsul İC, Ümid İK-nın idmançıalrı mübarizə aparmışdir. Nəticələrə görə qadınlar arasında I yerə 1 km məsafədə Lamiyə Əsgərova (Təhsil RİM-5), 2 km məsafədə I yerə Nika Məmmədova (Təhsil RİM-5), 4 km məsafədə I yerə  Natavan Etibarova (Təhsil RİM), 6 km məsafədə I yerə Anna Yusupova (Sərhədçi İOM), kişilər arasında 2 km məsafədə I yerə Cavid Zeynallı (Təhsil RİM-1), 3 km məsafədə I yerə Nadir Əliyev (5№-li İOEUGİM), 6 km məsafədə I yerə İlham Abışov (Sərhədçi İOM), 10 km məsafədə I yerə Elman Abışov (Təhsil RİM-1)  layıq görülmüşlər.

        I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.