Kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir.

       Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda 1№-li İOEUGİM, 5№-li İOEUGİM, RBTİM, Məhsul KİC, RSMF,  Təhsil RİM, Ümid İK-nın idmançıalrı mübarizə aparmışdir. Nəticələrə görə qadınlar arasında I yerə 1 km məsafədə Günel Manafova (Təhsil RİM-1), 2 km məsafədə I yerə Brilyant Bayramova (Məhsul iC), 4 km məsafədə I yerə  Natavan Etibarova (Təhsil RİM), 6 km məsafədə I yerə Anna Yusupova (RBTİM), kişilər arasında 2 km məsafədə I yerə Süleyman Məmmədli (5№-li İOEUGİM), 3 km məsafədə I yerə Nadir Əliyev (5№-li İOEUGİM), 6 km məsafədə I yerə Nail Rzayev (Məhsul İC), 10 km məsafədə I yerə Elman Abışov (Təhsil RİM)  layıq görülmüşlər.

      I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.