Kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir

         Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Yarışda 92 nəfər idmançı (onlardan 33-ü qadın) mübarizə aparmışdir. Nəticələrə görə qadınlar arasında I yerə 1 km məsafədə Veronika Antropova (Təhsil-5), 2 km məsafədə I yerə Tutuxanım İsrafilova (Rekord İK), 4 km məsafədə I yerə  Fərqanə Sadıxova (Məhsul İC), 6 km məsafədə I yerə Anna Yusupova (Sərhədçi İOM), kişilər arasında 2 km məsafədə I yerə Səid Məmmədov (Rekord İK), 3 km məsafədə I yerə Mahmud Mehdiyev (Məhsul İC), 6 km məsafədə I yerə Yevgeniy Mordakov (Məhsul İC), 10 km məsafədə I yerə Elman Abışov (Rekord İC), veteranlar arasında 10 km məsafədə I yerə  Məmməd  İsmayılov (Spartak), Ceynur Əhmədov (BMC), komanda hesabında isə  “Rekord” İdman Klubu  I yerə layıq görülmüşlər.

           I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort