Kross qaçışı üzrə ölkə çempionatının qalibləri bəlli olub

      İsmayıllıda kross qaçışı üzrə Azərbaycan çempionatı başa çatmışdır. Çempionatda Baş İdarə tərəfindən ezam olunmuş Bakı yığma komandası ilə yanaşı Sumqayıt, Gəncə, Bərdə, Laçın, Təhsil-1, Təhsil-5, Astara, İsmayıllı, Lahıc, İvanovkanı təmsil edən 4 yaş kateqoriyası üzrə 100-dən çox idmançı mübarizə aparmışdır.
      Ümumi komanda hesabına görə ölkə çempionu adına 57 xal toplamış Bakı komandası layiq görülmüşdür. 193 xalla Gəncə komandası 2-ci, 244 xalla Təhsil-5 komandası isə 3-cü olmuşdur.
       Şəxsi hesabda isə kişilər və oğlanlar arasında 10 km məsafədə Elman Abışov (Bakı), 6 km məsafədə Səməd Əhmədov (Gəncə), 3 km məsafədə Mahmud Mehdiyev (Bakı), 2 km məsafədə Ümid İbrahimov (Gəncə), qadınlar və qızlar arasında 6 km məsafədə Anna Yusupova (Bakı), 4 km məsafədə Günel Manafova (Bakı), 2 km məsafədə Tutuxanım İsrafilova (Bakı), 1 km məsafədə Bahar Mustafayeva I yerə layiq görülmüşlər.
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort