Kyokuşinkay karate üzrə kişilər və qadınlar arasında I açıq beynəlxalq turnir keçirilmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Sərhədçi İdman Olimpiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 90 illik xatirəsinə həsr olunmuş Kyokuşinkay karate üzrə kişilər və qadınlar arasında I açıq beynəlxalq turnir keçirilmişdir.

Yarışda Türkiyə, Gürcüstan, İran və Azərbaycanın yığma komandalarının 50 seçmə idmançısı mübarizə aparmışdır. Turnir Beynəlxalq Kyokuşinkay karate təşkilatının kumite qaydalarına əsasən keçirililmiş və yarış “Kyokuşin Azərbaycan Birliyi”nin 16 seçilmiş hakimi tərəfindən idarə olunmuşdur. Turnirin açılış mərasimində Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəis müavini  Rəşad Əliyev, Respublika Gənclər və İdman nazirliyinin əməkdaşı Tofiq Eyvazov, İKO Matsuşima təşkilatının Azərbaycan nümayəndəsi Vidadi Xəlilov iştirak etmişlər. Açılış mərasiminin sonunda Taekvando və Kyokuşinkay karate ilə məşğul olan idmançılar müxtəlif proqramlarla gözəl nümunəvi çıxışlar göstərərək yarışın açılış mərasiminə rəngarənglik qatmışlar.

“BEYNƏLXALQ  TURNİR”də qaliblərin nəticələri

 

Qadınlar:

-60 kq;

Məhərrəmova Könül – I yer; (AZE)

Hüseynova Kifayət – II yer; (AZE)

Əliyeva Günay  – III yer; (AZE)

Əhmədova Arzu – III yer; (AZE)

 

       +60 kq, Mütləq çəki;

Zeynallı Solmaz – I yer; (AZE)

Əliyeva Günay – II yer; (AZE)

Pərvin Qasemlo – III yer; (İran)

Ayça Bozkurt – III yer; (Türkiyə)

 

Kişilər:

 

-60 kq;

Xudaverdiyev Rüfət – I yer; (AZE)

Orucov Sərvər – II yer; (AZE)

Əsədov Orxan – III yer; (AZE)

Ramazanov Ramin – III yer; (AZE)

 

-70 kq;

Nəsirov Faiq – I yer; (AZE)

Heydərov Orxan – II yer; (AZE)

Məcidli Əkbər – III yer; (AZE)

Davıdov Seymur – III yer; (AZE)

 

-80 kq;

Quliyev Nail – I yer; (AZE)

Ağamalıyev Mübariz – II yer; (AZE)

Houshang Johari – III yer; (İran)

Əliyev Ruslan – III yer; (AZE)

 

-90 kq;

Mousa Rastegari – I yer; (İran)

Nenikov Roman – II yer; (AZE)

İsmayıl Kəskin – III yer; (Türkiyə)

Əliyev Rəşad – III yer; (AZE)

 

    +90 kq, Mütləq çəki;

Bağırov Əziz – I yer; (AZE)

Quliyev Turan – II yer; (AZE)

Bayramov Mirzə – III yer; (AZE)

Mansurov Telman – III yer; (AZE)

Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, medal,  müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort