Laçın komandası yenə qalib oldu

24 iyul – 2 avqust 2013-cü il tarixdə Qaradağ rayonu Ümid qəsəbəsində məskunlaşmış Laçın rayonunun yeniyetmələri arasında mini-futbol üzrə turnir keçirilmişdir. “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın icrasının təmin olunması, məhəllələrdə və digər yaşayış yerlərində futbolun kütləviliyinin genişləndirilməsi məqsədilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2001-2002-ci il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda 12 komanda tərkibində 120 nəfər iştirak etmişdir. Turnirin final oyunundan əvvəl komandaların heyətləri Şəhidlər Xiyabanını ziyarət etmiş, vətən uğrunda şəhid olmuş soydaşlarımızın qəbirləri önünə gül dəstələri qoymuşlar. Ümid qəsəbəsində yerləşən futbol meydançasında gərgin oyun şəraitində keçirilən final oyununda Laçın komandası Mişni komandası üzərində 6-5 hesabı ilə qalib gələrək I yeri tutmuşdur. III yeri Ümid komandası tutmuşdur. Turnirin qalib komandaları Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və kubokla təltif edilmişlər.