Leytenant Rəsman Həmidovun xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib

       Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Qaradağ Rayon Gənclər və İdman İdarəsi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidi “Vətən Uğrunda” , “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş leytenant Rəsman Həmidovun xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib.
        Turnirin açılış mərasimində  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov,  Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aydın Hüseynov, şəhidin atası Mərdan Həmidov, gənclər və idmançılar iştirak etdi.
         Baş İdarənin rəisi Raqif Abbasov Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Rəsman Həmidovun xatirəsinin xalqımızın qəlbində yaşayacağını bildirərək, belə igid oğul böyütdükləri üçün şəhidin ailəsinə minnətdarlıq edib. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, Baş İdarə tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlərin və müxtəlif turnirlərin keçiriləcəyini bildirib.
            Şəhid Rəsman Həmidovun “And içirəm – əsgər gedirəm” adlı şeiri rayon gənci, tələbə Şəbnəm Feyzilinin ifasında səsləndi.
 
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort