MƏHƏLLƏLƏRARASI MINI-FUTBOL ÜZRƏ BAKI ŞƏHƏR TURNIRI BAŞA ÇATDI

         Nərimanov rayonu ərazisində yerləşən Məktəb Lisey Kompleksinin mini-futbol meydançasında “18 oktyabr – Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş məhəllələrarası mini-futbol üzrə Bakı şəhər turnirinin final oyunları keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2007-2008-ci il təvəllüdlü uşaqlar arasında gərgin oyun şəraitində keçirilən yarışda 1-ci yeri Səbail rayon komandası, 2-ci yeri Yasamal rayon komandası və 3-cü yeri Nəsimi rayon komandası tutmuşdur. Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirmiş, iştirakçılara gələcək yarışlarda uğurlar arzulamışlar.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla və kuboklarla təltif olunmuşlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort