“MƏNİMDƏ İDMANA MARAĞIM VAR!” devizi altında kimsəsiz uşaqlar arasında peyntbol festivalı

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “Patriot” Peyntbol klubunun təşkilatçılığı ilə Nərimanov rayonu Köndələn 3 ünvanında yerləşən “Patriot” Peyntbol Klubunda Bakı Sos Uşaq Kəndinin valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün peyntbol festivalı keçirilmişdir. Festivalın keçirilməsində məqsəd kimsəsiz valideyn himayəsindən məhrum olmuş uşaqların asudə vaxtlarının səmərəli təşkil etmək, silahdan davranış qaydalarını öyrətmək və vətənpərvərlik hisslərini aşılamaqdan ibarətdir. Həmçinin bu festival xeyriyyə məqsədi daşıyır və hər həftənin 3-cü günü  digər internat məktəbləri üçün yuxarıda qeyd olunan ünvanda təşkil olunacaqdır. Kimsəsiz uşaqlara təşkil olunan festivalda iştirak etmək istəyirsinizsə bizimlə əlaqə saxlaya bilərsiz. Əlaqə nömrəsi: (070) 676-76-17