Məşhur boksçu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin qonağı olub

Fransada yaşayan Azərbaycan əsilli boksçu Murad Əliyev Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin qonağı olub.
İdarənin rəisi Raqif Abbasov II Avropa Oyunlarının gümüş mükafatçısı, Tokio Olimpiadasının iştirakçısı olmuş, hazırda peşəkar boksla məşğul olan idmançı Murad Əliyevi qarşılayıb. Onunla dəyirmi masa ətrafında müzakirələr aparıb.
Murad Əliyev söhbət zamanı Fransada yaşasa da, hər zaman azərbaycanlı olduğu üçün qürur duyduğunu vurğulayıb.
Raqif Abbasov isə söhbət zamanı vətəndən kənarda belə gənclərimizin olmasının bizim üçün önəmli və vacibliyini vurğulayaraq ona öz tövsiyələrini verib. Qeyd edib ki, bugünkü gəncliyimiz sağlam düşüncəli, iradəli və daha genişmiqyaslı düşünür. Onlar nəinki ölkə miqyasında və eyni zamanda, ölkədən kənarda da böyük nailiyyətlər əldə edirlər. Gənclərimizin əldə etdikləri nailiyyətlər isə bizim fəxrimizdir. Sonda Raqif Abbasov Azərbaycanın şanlı və zəfər tarixini əks etdirən kitab hədiyyə edərək gənc boksçuya uğurlar arzu edib.
https://medianews.az/2022/06/28/meshur-bokscu-baki-seher-gencler-ve-idman-bas-idaresinin-qonagi-olub
adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort