“Mahir nişançı” güllə atıcılığı üzrə yarış keçirilmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir. Xətai rayonunda yerləşən 171 nömrəli tam orta məktəbin atıcılıq tirində paytaxtın bütün rayonlarının iştirakı ilə  “Mahir nişançı”  güllə atıcılığı üzrə yarış keçirilmişdir.

Yarışa qatılmış 11 komandanın tərkibi 5 nəfərdən (3 oğlan 2 qız) ibarət olmuşdur. Tədbir iştirakçıları pnevmatik tüfəngdən 3 sınaq və 5 əsas atış edərək mübarizə aparmışlar. Tədbirin münsiflər heyətinin tərkibi hərbi hazırliq müəllimlərindən ibarət olmuşdur.

  Nəticələrə görə I yerə Xətai rayon komandası, II yerə Yasamal rayon komandası, III yerə Nizami rayon komandası layiq görülmüşlər. I, II və III yeri tutmuş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.