Maştağa qəsəbəsində də süni ot örtüklü meydançanın açılış mərasimi keçirilmişdir.

mashtagaGənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrası çərçivəsində Sabunçu rayonunun Maştağa qəsəbəsində də süni ot örtüklü meydançanın açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Sabunçu rayon İcra Hakimiyyətinın rəhbərliyi, qəsəbə ağsaqqalları, yeniyetmə və gənclər iştirak etmişlər. Açılış mərasimində çıxış edən rəsmi şəxslər ölkəmizdə idmana dövlət səviyyəsində qayğı göstərildiyini, respublikamızın müxtəlif bölgələrində olimpiya-idman komplekslərinin tikildiyini qeyd edib, açılış mərasimi təşkil olunan süni örtüklü meydançanın da insanların sağlam həyat tərzi keçirməsinə, futbolun kütləviliyinin artmasına şərait yaratdığını bildirmişlər. Qonaqlar futbol meydançası ilə yanaşı inzibati binaya da baxış keçirmış, futbol meydançasının və inzibati binanın futbolçuların peşəkarlıqlarının artırılmasında böyük rol oynadığını da vurğulamışlar.

     Sonra tədbir iştirakçıları rəmzi olaraq topa zərbə vurublar.  Rəsmi açılış mərasimi başa çatdıqdan sonra meydançada yoldaşlıq oyunu keçirilib.