MƏHƏLLƏLƏRARASI MİNİ-FUTBOL TURNİRİNƏ START VERİLDİ

20 avqust 2015-ci il tarixdə 284 nömrəli tam orta məktəbin futbol meydançasında Binəqədi rayonu ərazisində məskunlaşmış Şuşa rayonunun yeniyetmələri arasında məhəllələrarası mini-futbol turnirinə start verilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən yarışın rəsmi açılış mərasimində Şuşa rayonu Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, Binəqədi rayonu Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında yarış iştirakçılarını salamlamış, futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu, həmçinin son illər respublikada futbol idman növünün maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin bariz nümunəsi kimi bir çox məktəblərin nəzdində süni ot örtüyü ilə döşənmiş mini-futbol meydançalarının yüksək səviyyədə tikilib istifadəyə verilməsini bildirmişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, futbol formaları ilə və kubokla təltif olunacaqlar.

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort