MƏHƏLLƏLƏRARASI MINI-FUTBOL ÜZRƏ BAKI ŞƏHƏR TURNIRI BAŞA ÇATDI

    Nərimanov rayonu ərazisində yerləşən Məktəb Lisey Kompleksinin mini-futbol meydançasında “18 oktyabr – Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş məhəllələrarası mini-futbol üzrə Bakı şəhər turnirinin final oyunları keçirilmişdir. Oyunlardan əvvəl Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov yarış iştirakçılarını 18 oktyabr – Dövlət Müstəqilliyi günü münasibətilə təbrik etmiş, komandalara müvəffəqiyyətlər arzulamışdır. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2005-2006-ci il təvəllüdlü uşaqlar arasında gərgin oyun şəraitində keçirilən yarışda 1-ci yeri Xətai rayon komandası, 2-ci yeri Nizami rayon komandası və 3-cü yeri Nərimanov rayon komandası tutmuşdur. Final oyunundan sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi Cəlil Əlizadə və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında yarış iştirakçılarını bayram münasibətilə təbrik etmiş, futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhllələrarası mini-futbol turnirinin böyük rol oynadığını bildirmişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla və kuboklarla təltif olunmuşlar.