Məktəblilər arasında dama yarışı keçirilib

    Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin şagirdləri arasında dama idman növü üzrə turnir keçirilib.

  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin   təşkilatçılığı ilə keçirilən turnirdə I-XI sinif şagirdləri iştirak edib.

   Turnirin nəticəsinə görə, 5 nömrəli tam orta məktəbin komandası (Umudov Məhəmməd, Umudov Kamran, İsmayılov Vüsal, Musayev İsa, Abdullayeva Ləman, İsmayılova Fəridə) I, Zərifə Əliyeva adına Liseyin komandası (Məmmədzadə Uğur, Abdullayev Tərlan, Vəliyev Amil, Əhmədov Əziz, Mirzəyeva Şəbnəm, Abbaslı Leyla) II, 323 nömrəli tam orta məktəbin komandası (Rəsulov Simran, Məmmədov Qadir, Əlişov Məhəmməd, Heydərli Məhəmməd, Babazadə Aydan, Qurbanova Aytən) isə III yerə layiq görülüb.

   Yarışın bağlanış mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları qalib komandaları təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

      Yarışda I, II və III yerləri tutan komandaların üzvləri müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.