Məktəblilər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olublar

          Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi  ilə əlaqədar olaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən A. Hüseynzadə adına 20 nomrəli tam orta  məktəb-liseyin bir qrup şagird, müəllim və  valideynlərinin iştirakı ilə Silahlı   Qüvvələrin Təlim və Tədris Mərkəzinə ekskursiya təşkil edilmişdir. Məktəblilər burada yaradılmış şərait, şəxsi heyətin xidməti və ərazi ilə tanış olub, komandanlıqla görüşüblər. Onlara Mərkəzin tarixi haqqında məlumat verilib.

         Məktəblilər silahlar, zirehli texnikalarla, həmçinin ordu həyatı ilə yaxından tanış olublar,  radiotexniki qoşunlar, zenit-artilleriya və zenit-raket kompleksləri haqqında  geniş məlumatlandırılıblar.

           Tank və piyadaların döyüş maşını məşq qurğuları salonu məktəbliləri daha çox cəlb edib. Onlar müasir qurğular vasitəsilə zirehli texnikanı idarə etməyi yaxından izləyiblər. Şagirdlərə qurğu və avadanlıqlar barədə məlumat verilib, onlar növbə ilə tankın “sükanı” arxasında oturaraq zirehli texnikanı “idarə ediblər”. Sonra şagirdlər lazer trenajorlarında hazırlıq və tankəleyhinə idarəetmə qurğuları ilə praktiki çalışmaları yerinə yetirib. Atəş şəhərciyində Mərkəzin təlimatçıları tərəfindən zirehli texnikanın məşq qurğularında çalışmaların yerinə yetirilməsi şagirdlərə nümayiş etdirilib.

           Nahar fasiləsi zamanı  isə şagirdlər Təlim və Tədris Mərkəzinin yeməkxanası ilə tanış olub, hərbi qulluqçularla birgə nahar ediblər.

         Sonra məktəblilərə Ümummilli Lider Heydər Əliyevin  davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin  Azərbaycanda ordu quruculuğu sahəsində əvəzsiz xidmətlərindən, onun Silahlı Qüvvələrimizə qayğı və dəstəyindən, eləcə də müasir Azərbaycan Ordusunun aprel döyüşlərində göstərdikləri  yüksək döyüş qabiliyyəti və qəhrəmanlıqlarından bəhs edən film nümayiş etdirildi.

           Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkdirilmişdir.

 

adana eskort - eskort adana - bodrum eskort - eskort - escortadana eskort - eskort adana - bodrum eskort - eskort - escort